“Proxima Centauri” ətrafında fırlanan üçüncü planet aşkar edildi

Araşdırmaya dair “Astronomy & Astrophysics” jurnalında dərc edilən yazıya görə...

1779158
“Proxima Centauri” ətrafında fırlanan üçüncü planet aşkar edildi

 

  Alimlər Günəş sisteminə ən yaxın ulduz olan “Proxima Centauri” ətrafında fırlanan üçüncü planet aşkar ediblər.

  Araşdırmaya dair “Astronomy & Astrophysics” jurnalında dərc edilən yazıya görə, Günəşdən 4,23 işıq ili uzaqlıqda yerləşən “Proxima Centauri” adlı qırmızı cırtdan ulduzun orbitində Yerin kütləsinin 0,26 ölçüsündə planet aşkar olunub.

  Portuqaliya Astrofizika və Astronavtika İnstitutunun alimləri planetin ilkin əlamətlərini 2020-ci ildə Qayalıq Ekzoplanet ilə Stabil Spektroskopik Müşahidələr üçün Cənubi Avropa Rəsədxanasının Çox Böyük Teleskopu ilə Çilinin Atakama səhrasında 2 il ərzində müşahidə ediblər.

  Müşahidələr zamanı “Centaurus” bürcündəki “Proxima b” və “Proxima c” planetlərinin ətrafında dövr edən “Proksima d” planetinin ulduzuna Merkurinin Günəşə olan məsafəsinin 1/10 hissəsinə yaxın olduğu və orbitdə bir fırlanmasını 5,12 gündə tamamladığı müəyyən olunub.

  Hesab olunur ki, ulduzun yaşayış üçün əlverişli orbital bölgəsində yerləşən planetdə su maye qala bilər.

 



Әlaqәli Xәbәrlәr