“Bu, ikinci növ supernova idi”, D.Yanzen

Kanadalı astrofizik Deril Yanzen (Daryl Janzen) 35 milyon işıq ili uzaqlığında olan supernova – ifrat yeni ulduz partlamasının görüntüsünü əldə edib

1617163
“Bu, ikinci növ supernova idi”, D.Yanzen

 

  Kanadalı astrofizik Deril Yanzen (Daryl Janzen) 35 milyon işıq ili uzaqlığında olan supernova – ifrat yeni ulduz partlamasının görüntüsünü əldə edib.  

  İfrat yeni ulduz güclü partlayış nəticəsində parlaqlığı kəskin artan ulduzdur.

  CTV-dən yayılan xəbərə görə, Saskatun şəhərindəki “Prompt-Usask Skynet” robot-teleskopu ilə son bir ildir hər gecə qalaktikanı izləyən Saskaçevan (Saskatchewan) Universitetinin alimi Deril Janzen sözügedən mövzu ilə bağlı deyib: “Teleskopla yazılan partlama uzaqda kiçik bir işıq nöqtəsi kimi göründü. Bu, ikinci növ ifrat yeni ulduz idi və partlamaqla nəhəng bir ulduzun ömrü sona çatdı.

  “SN 2021gmj” adını verdiyimiz 35 milyon işıq ili uzaqlığındakı ifrat yeni ulduz günəşdən ən az səkkiz dəfə böyük idi.

  Supernovalar astrofiziklərə ulduzları və qalaktikaları daha yaxşı anlamaqda kömək olur. Bundan başqa, ifrat yeni ulduzlar çox uzaq məsafələrdən görə biləcəyimiz qədər parlaq olduqları üçün bütövlükdə kainatın inkişafını anlamamıza yer alan məsafə ölçüləri baxımından da mühüm qaynaqlardır.

  Qeyd edək ki, nəhəng miqdarda enerji yayan ifrat yeni ulduz – supernova partlamaları astronomiya və astrofiziklərin ən çox araşdırdıqları mövzuların başında gəlir.



Әlaqәli Xәbәrlәr