“Pfizer” və "BioNTech" firmalarının peyvəndi üçüncü mərhələ sınaqlarında 95 faiz effektiv olub

Hazırlanan vaksinin üçüncü mərhələ sınaqlarında "Covid-19"a qarşı 95 faiz təsirli olduğu bildirilib.

1530107
“Pfizer” və "BioNTech" firmalarının peyvəndi üçüncü mərhələ sınaqlarında 95 faiz effektiv olub

 Amerikanın nəhəng farmaseftik şirkətlərindən olan “Pfizer” və Almaniyanın biotexnoloji “BioNTech” firması onların koronavirusa qarşı vaksinin 3-cü mərhələ sınaqlarında "Covid-19" infeksiyasını qabaqlanması üçün 95 % effektiv olduğunu elan edib.
Amerikalı dərman şirkəti "Pfizer" tərəfindən verilən açıqlamada alim Prof. Dr. Uğur Şahinin qurucu tərəfdaşı olduğu alman biotexnologiya şirkəti "BioNTech" ilə hazırlanan vaksinin üçüncü mərhələ sınaqlarında "Covid-19"a qarşı 95 faiz təsirli olduğu bildirilib.
Peyvəndin yaşa, etnik qrupa və cinsə qarşı tutarlılıq göstərdiyi ifadə edilən açıqlamada peyvəndin 65 yaşdan yuxarı insanlarda 94 faiz təsirli olduğu qeyd edilib.
Açıqlamada peyvəndin ABŞ-ın Qida və Dərman İdarəsinin (FDA) tələb olunan təhlükəsizlik meyarlarına cavab verdiyi və ciddi təhlükəsizlik narahatlığı olmadığı ifadə edilib.
Vaksinin təcili olaraq risk qruplarına verilməsi üçün FDA-ya müraciət ediləcəyi və məlumatların dünyanın digər əlaqədar qurumları ilə paylaşılacağı bildirilib.
Açıqlamada bu il 50 milyon doza və 2021-ci ilin sonuna qədər 1,3 milyard doza peyvənd istehsalının planlaşdırıldığı ifadə edilib.



Әlaqәli Xәbәrlәr