Bill Qeyts “Microsoft”dan ayrıldı

“Microsoft”dan edilən şərhdə bildirilir...

1378125
Bill Qeyts “Microsoft”dan ayrıldı

 

  Amerika Birləşmiş Ştatlarının qabaqcıl texnologiya şirkəti “Microsoft”un qurucusu və texnologiya müşaviri Bill Qeyts (Bill Gates) rəhbərlikdən ayrılıb.

  “Microsoft”dan edilən şərhdə bildirilir: “Bill Qeyts qlobal səhiyyə, təhsilin inkişafı və iqlim dəyişikliyilə mübarizə kimi xeyriyyəçi işlərə daha çox zaman ayırmaq üçün şirkətin idarə heyəti sədrliyindən ayrıldı. Bununla belə onun şirkətin idarə heyətinin indiki sədri Satya Nadella və texnoloji layihələrlə işbirliyi və məsləhətləşmələr davam edəcək”.

  1975-ci ilə Paul Allenlə birlikdə “Microsoft” şirkətini quran Bill Qeyts sözügedən mövzu ilə bağlı “Linkedin” hesabından açıqlama verərək “Microsoft”la yanaşı 2004-cü ildən bu yana milyarder sərmayəçi Uorren Buffettin “Berkshire Hathaway” şirkətinin idarə heyətindən də ayrıldığını bildirərək deyib: “İdarə heyətindən ayrılmaq şirkətdən uzaqlaşmaq mənasını verməz. “Microsoft” mənim həyatımın mühüm parçasıdır və bu, belə də qalacaq".



Әlaqәli Xәbәrlәr