İngiltərənin lüks taksiləri 2020-ci ildən uçuşlara başlayacaq

İngiltərənin avtomobil firması “Rolls Royce” lüks uçan taksi layihəsi üzərində çalışdığını, 2020-ci ildən uçuşlara başlanacağını açıqladı.

1013603
İngiltərənin lüks taksiləri 2020-ci ildən uçuşlara başlayacaq

  BBC-də yer alan xəbərə görə, istehsal etdiyi lüks avtomobillərlə tanınan İngiltərənin avtomobil firması “Rolls Royce”, eyni sinifdən lüks taksi layihəsi üzərində çalışdığını bildirib.  

  3D proqramı əsasında hazırlanan layihədə taksilərin 90 dərəcə dönən qanadlara sahib olacağı və 5 sərnişin daşıyacağı söylənilib.

  Lüks uçan taksilərin turbinlərinin 500 kilovatlık güclə işləyəcəyi, enerji toplayacağı və saatda təxminən 405 kilometr sürətlə gedəcəyi qeyd edilib.

  Böyük şəhərlərdə nəqliyyatı rahatlaşdırmaq məqsədilə çıxacaq lüks taksilərinin 2020-ci ildə uçuşlara başlayacağı bildirilib.

  Qeyd edək ki, bundan əvvəl “Uber” firması da uçan taksi layihəsini həyata keçirəcəyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr