“Microsoft” uşaqlar üçün yeni texnologiya hazırlayıb
“Microsoft” şirkətinin mütəxəssisləri tərəfindən “Project Zanzibar” texnologiyası hazırlanıb
“Microsoft” şirkətinin mütəxəssisləri tərəfindən “Project Zanzibar” texnologiyası hazırlanıb. Yeni texnologiya fiziki obyektləri identifikasiya etməyə və izləməyə imkan verən kiçik elastik xalçadan ibarətdir. “Zanzibar” uşaqlara öz oyuncaqlarını fiziki reallıqdan rəqəmsal dünyaya “daşımağa” və onların səsli, vizual və digər xüsusi effektlər sayəsində necə canlandığını görməyə imkan verir.
Məlumata görə, xalça fərdi kompüterə və ya planşetə qoşulduqdan sonra qurğu tərəfindən qəbul edilən obyektin təsviri ekranda görünür. Xalça üzərində bir neçə obyekt olduqda “Zanzibar” hər bir predmetin yerdəyişməsini izləyir və onları dəqiqliklə müəyyən edir.
Mənbə:Azərtac
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub