Bu hücumlar “Ərazinin genişləndirilməsi planı”na uyğundur

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) “X” sosial media platformasındakı məlumatında bildirib

2141902
Bu hücumlar “Ərazinin genişləndirilməsi planı”na uyğundur

 

  İsrailin hücumları səbəbindən Rəfahdan köçmək məcburiyyətində qalanların sayı 810 mini keçdi.

  Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) “X” sosial media platformasındakı məlumatında bildirib: “Qəzzada təhlükəsiz yer yoxdur. Hər dəfə ailələr məcburi köçkün olduqda həyatları ciddi risk altına düşür. İnsanlar təhlükəsizlik axtarışında hər şeyi geridə qoymağa məcbur olurlar”.

  İsrailin hücumları altında olan Rəfahdan son 2 həftədə 810 mindən çox fələstinli Qəzzanın digər bölgələrinə köç etmək məcburiyyətində qalıb.

  Qeyd edək ki, İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması barədə xəbərdarlıq edib. Bundan sonra ayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

  İsrail Təhlükəsizlik Kabineti mayın 10-da bildirib ki, Rəfaha qurudan hücumlar “Ərazinin genişləndirilməsi planı”na uyğundur.



Әlaqәli Xәbәrlәr