Əfqanıstanda daşqınlar nəticəsində həlak olanların sayı 400 nəfərə çatıb

Əfqanıstanın Fəryab vilayətində yaşanan daşqınlar nəticəsində daha 18 nəfər həyatını itirib.

2141404
Əfqanıstanda daşqınlar nəticəsində həlak olanların sayı 400 nəfərə çatıb

Əfqanıstanın Fəryab vilayətində yaşanan daşqınlar nəticəsində daha 18 nəfər həyatını itirib.
Məlumata görə, son həftələrdə ölkənin şimal əyalətlərində yağan leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 400 nəfərə çatıb.
TOLO News-a müsahibə verən Faryab valiliyinin sözçüsü İsmətullah Muradi vilayətdə yaşanan daşqınlar nəticəsində azı 18 nəfərin öldüyünü bildirib.
Muradi həmçinin 2 min hektardan çox kənd təsərrüfatı sahəsinin yararsız hala düşdüyünü, 1000-dən çox evin zərər gördüyünü, 300-dən çox heyvanın tələf olduğunu açıqlayıb.
Dünən Qor vilayətində daşqınlar nəticəsində bir nəfərin öldüyü, onlarla insanın itkin düşdüyü qeyd olunub.
Əfqanıstanda havaların isinməsi ilə qış aylarında yağan qarın əriməsi nəticəsində baş verən daşqınlar insan və mal itkisinə səbəb olur. Bu səbəbdən ölkədə hər il yüzlərlə insan həyatını itirir.



Әlaqәli Xәbәrlәr