Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı bəyanat yaydı

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın 20 “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynaya hücum etdiyini açıqlayıb.

2140955
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı bəyanat yaydı

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın 20 “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynaya hücum etdiyini açıqlayıb.
Komandanlığın verdiyi açıqlamada Rusiyanın gecə saatlarında Ukraynaya PUA hücumu həyata keçirdiyi bildirilib.
Açıqlamada Rusiya ordusunun hücumlarda 20 ədəd “Şahed” tipli PUA-dan istifadə etdiyi qeyd edilib .
Açıqlamada bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələrinin cavab tədbirləri nəticəsində Xarkov, Poltav, Vinnitsa, Odessa və Nikolayev vilayətlərində bütün PUA-lar vurulub.
Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirski də rəsmi internet səhifəsində etdiyi paylaşımda cəbhə xəttindəki vəziyyəti dqiymətləndirib.
Ukraynanın şərqində yaranmış ağır vəziyyətlə əlaqədar bir neçə gündür Xarkov vilayətində “döyüş əməliyyatları” aparan bölmələrlə işlədiyini bildirən Sirski  Rusiya ordusunun aktiv döyüş bölgəsini təxminən 70 kilometr genişləndirdiyini söyləyib.
Rus ordusunun bu məqsədlə şimaldakı qoşunlarını əhəmiyyətli dərəcədə gücləndirdiyinə diqqət çəkən Sirski deyib:"Qoşunlarımızın yerinin dəyişdirildiyini anlayan düşmən planlaşdırılmış vaxtdan xeyli tez hücuma keçsə də, müdafiəmizi yarmaq mümkün olmayıb''.



Әlaqәli Xәbәrlәr