BMT: ''Qəzza zolağında 700 mindən çox fələstinli məcburi köçkün vəziyyətinə düşüb''

Birləşmiş Millətlər Təşkilatı (BMT) son 10 gündə İsrailin hücumları nəticəsində Qəzza zolağında 700 mindən çox fələstinlinin məcburi köçkün vəziyyətinə düşdüyünü açıqlayıb.

2140854

BMT-nin Fələstin üzrə insan hüquqları ofisinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda İsrailin hücumları və təxliyə xəbərdarlıqları səbəbindən Qəzza zolağında 700 min fələstinlinin məcburi köçkün vəziyyətinə düşdüyü qeyd olunub.
“İsrail qüvvələri məcburi köçkünləri riskə atmamalı və bunun əvəzinə, mümkünsə, onların əsas ehtiyaclarını ödəməli, humanitar yardımın və digər həyati ehtiyacların daxil olması ilə paylanmasını asanlaşdırmalıdır”, - deyə paylaşımda vurğulanıb.

Әlaqәli Xәbәrlәr