Vladimir Putin Çinə rəsmi səfər edəcək

Rusiya lideri çinli həmkarı Si Cinpinin dəvəti ilə mayın 16 -17-də bu ölkəyə səfər edəcək.

2139512
Vladimir Putin Çinə rəsmi səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Çinə rəsmi səfər edəcək.
Rusiya lideri çinli həmkarı Si Cinpinin dəvəti ilə mayın 16 -17-də bu ölkəyə səfər edəcək.
Liderlər görüşdə hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətlə bağlı bütün məsələləri ətraflı müzakirə edəcəklər. Rusiya-Çin praktiki əməkdaşlığının gələcək inkişafı üçün əsas istiqamətlərin müəyyən olunacağı görüşdə aktual beynəlxalq və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.
Danışıqlardan sonra dövlət başçılarının birgə bəyanatla çıxış etməsi və bəzi ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Putin və Si iki ölkə arasında diplomatik əlaqələrin qurulması və Rusiya və Çin Mədəniyyət illərinin açılışının 75-ci ildönümü münasibətilə təşkil edilən qala gecəsinə də qatılacaqlar.
Rusiya lideri Putinin Çinin Baş naziri Li Çianq ilə ticarət, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.
Putin həmçinin Heylongciang əyalətinin inzibati mərkəzi olan Harbin şəhərinə səfər edəcək və burada 8-ci Rusiya-Çin EXPO sərgisinin və 4-cü Rusiya-Çin Regionlararası Əməkdaşlıq Forumunun açılış mərasimində iştirak edəcək.

Vladimir Putin həmçinin Harbin Politexnik Universitetinin tələbələri və müəllimləri ilə görüşəcək.



Әlaqәli Xәbәrlәr