BMT Ukraynada artan hücumlarla bağlı xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın xüsusilə Ukraynanın Xarkov vilayətinə qarşı hücumlarının artdığını və tərəflərin hər iki ölkədəki infrastrukturları hədəf aldığını açıqlayıb.

2139770
BMT Ukraynada artan hücumlarla bağlı xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın xüsusilə Ukraynanın Xarkov vilayətinə qarşı hücumlarının artdığını və tərəflərin hər iki ölkədəki infrastrukturları hədəf aldığını açıqlayıb.
BMT Təhlükəsizlik Şurasında Ukraynadakı humanitar vəziyyətlə bağlı hadisələr müzakirə edilib.
Üzv ölkələri məlumatlandıran BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) Humanitar Yardımın Maliyyələşdirilməsi bölməsinin direktoru Lisa Douqten bölgədə artan münaqişənin daha çox yerdəyişməyə səbəb olduğunu və Xarkov bölgəsindən 7 min insanın qaçdığını söyləyib.
Ukraynada qarşıdurmanın xüsusilə Rusiya ilə şimal-şərq sərhəddə artdığına diqqət çəkən L.Douqten, Xarkov bölgəsində baş verən ardıcıl hücumların uşaqlar da daxil olmaqla, can itkisinə və yaralanmalara səbəb olduğunu ifadə edib.
Lisa Douqten bildirib ki, təkcə aprel ayında Ukraynada 700 mülki şəxs öldürülüb.
Ukraynanın hər yerində mülki infrastruktura hücumların intensivləşdiyinə diqqət çəkən Lisa Douqten  22 martdan bu yana Ukraynanın enerji infrastrukturuna 5 hücumun edildiyini bildirib.
Lisa Douqten Ukraynanın şərqində və cənubunda dəmir yolu infrastrukturuna edilən hücumlara görə narahat olduqlarını qeyd edib.
Lisa Douqten limanlara edilən hücumların ixrac imkanlarını məhdudlaşdırdığına diqqət çəkib.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) Humanitar Yardımın Maliyyələşdirilməsi bölməsinin direktoru Lisa Douqten Rusiyada enerji infrastrukturu və neft emalı zavodlarını hədəf alan hücumların da qorxuducu olduğuna diqqət çəkərək bu hücumların müharibəni daha da alovlandıracağı ilə bağlı xəbərdarlıq edib.

Müharibənin on minlərlə insanın ölümünə səbəb olduğunu qeyd edən BMT rəsmisi deyib: “Ukraynada cəmiyyətin 40 faizinin humanitar yardıma ehtiyacı var” .
 O, BMT Təhlükəsizlik Şurasını müharibəni dayandırmaq üçün addımlar atmağa çağırıb.



Әlaqәli Xәbәrlәr