Avropa İttifaqı yeni İmmiqrasiya və Sığınacaq Qaydaları Sazişini bağladı

İllərlə davam edən müzakirələrdən sonra Avropa İttifaqı (Aİ) yeni immiqrasiya və sığınacaq qaydalarını qəbul etdi, sazişin məzmunu belədir ...

2140001
Avropa İttifaqı yeni İmmiqrasiya və Sığınacaq Qaydaları Sazişini bağladı

 

  İllərlə davam edən müzakirələrdən sonra Avropa İttifaqı (Aİ) yeni immiqrasiya və sığınacaq qaydalarını qəbul etdi.

  Aİ Şurasından verilən açıqlamada Miqrasiya və Sığınacaq üzrə yeni sazişin təsdiqləndiyi bildirilib.

  Avropa İttifaqının dövri sədri, Belçikanın Sığınacaq və miqrasiya naziri Nikol de Murun sözlərinə görə, "Bu yeni qaydalar Avropa sığınacaq sistemini daha effektiv edəcək və üzv dövlətlər arasında həmrəyliyi artıracaq. Aİ həmçinin qeyri-qanuni miqrasiyanın əsas səbəbləri ilə mübarizə aparmaq üçün üçüncü ölkələrlə sıx əməkdaşlığı davam etdirəcək”.

  Saziş Aİ-nin rəsmi mətbuat orqanında dərc edildikdən sonra qüvvəyə minəcək. Tətbiq yalnız üzv ölkələrin sazişi 2 il ərzində öz milli qanunlarına uyğunlaşdırdıqdan sonra 2026-cı ildən başlayacaq.

Sazişin məzmunu

  Yeni saziş əsasən miqrasiya yükünü ilk təyinat ölkələrindən götürmək və bütün üzvlər arasında bölüşdürmək məqsədi daşıyır.

  Aİ-nin xarici sərhədlərinin gücləndirilməsi, sığınacaq müraciətlərinin sürətlə tamamlanması, müraciətləri rədd edilənlərin mənşə ölkələrinə qaytarılmasının sürətləndirilməsi və mənbə ölkələrlə əməkdaşlığın artırılması kimi məqsədləri olan sazişə görə, sığınacaq axtaranlar Aİ-yə gəldikdən sonra bir neçə gün ərzində müəyyən ediləcək və onların bilgiləri Aİ məlumat bazasında saxlanılacaq. Bu, bir insanın riskə səbəb olub-olmadığını və qalmalarına icazə verilib-verilməyəcəyini müəyyən edəcək. Təhlükəsizliyi bəlli olmayan adamlar daha tez mənşə və ya tranzit ölkələrə deportasiya ediləcək.

  Qeyd edək ki, Avropada miqrasiya və sığınacaq məsələsi hazırda 1990-cı ildə İrlandiyanın paytaxtında imzalanmış Dublin Konvensiyası ilə tənzimlənir.



Әlaqәli Xәbәrlәr