Yanez Lenarçiç BMT avtomobilinə edilən hücumu pisləyib

Aİ Komissiyasının böhranların idarə edilməsi, mülki müdafiə və humanitar yardımdan məsul üzvü Yanez Lenarçiç  Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) avtomobilinə edilən hücumu pisləyib.

2139072
Yanez Lenarçiç BMT avtomobilinə edilən hücumu pisləyib

Avropa İttifaqı Komissiyasının böhranların idarə edilməsi, mülki müdafiə və humanitar yardımdan məsul üzvü Yanez Lenarçiç  Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) avtomobilinə edilən hücumu pisləyib.
Yanez Lenarçiç hücum nəticəsində  həyatını itirən BMT əməkdaşının ailəsinə başsağlığı verib.

Humanitar yardım işçilərinin hədəf alınmamasının vacibliyini vurğulayan Lenarçiç deyib: "Bu gün Qəzzada həyati xilasetmə vəzifəsini yerinə yetirən humanitar yardım karvanına edilən hücumu qınayıram" .
İsrail mətbuat orqanlarının yaydığı xəbərdə Qəzza zolağında bir avtomobilə edilən hücumda BMT əməkdaşının öldüyü, hücumun kim tərəfindən həyata keçirdiyinin hələlik məlum olmadığı bildirilib.
Fələstin mənbələri İsrail qüvvələrinin üzərində BMT bayrağı olan avtomobilə atəş açdığını qeyd edib.
İlkin məlumata görə, xəsarət alanların olduğu, onlardan birinin vəziyyətinin ağır olaraq qiymətləndirildiyi bildirilib.
BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərindəki Avropa Xəstəxanasına gedən BMT maşınına hücum nəticəsində BMT Təhlükəsizlik Birliyinin bir əməkdaşının öldüyünü, bir nəfərin isə yaralandığını ifadə edib.
Yaşanan hadisəyə görə kədərləndiyini bildirən Antonio Quterreş BMT personalına edilən bütün hücumları pisləyib və hərtərəfli araşdırmanın aparılması ilə əlaqədar çağırış edib.



Әlaqәli Xәbәrlәr