Ukrayna prezidenti Dövlət Mühafizə İdarəsinin rəhbərini vəzifədən azad edib

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, qərar mayın 7-də Dövlət Mühafizə İdarəsinin iki polkovniki həbs olunduqdan sonra qəbul edilib.

2138181
Ukrayna prezidenti Dövlət Mühafizə İdarəsinin rəhbərini vəzifədən azad edib

Ukrayna Prezidenti Volodimir Zelenski Dövlət Mühafizəsinin rəhbəri Sergey Rudu vəzifəsindən azad edib.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, qərar mayın 7-də Dövlət Mühafizə İdarəsinin iki polkovniki həbs olunduqdan sonra qəbul edilib.

Saxlanılan polkovniklər Zelenskiyə, Təhlükəsizlik Agentliyinin rəhbəri Vasili Malyuk və Baş Kəşfiyyat İdarəsinin direktoru Kirill Budanova sui-qəsd hazırlamaqda ittiham olunurlar.

Ukrayna Təhlükəsizlik Agentliyinin məlumatına görə, həbs edilən polkovniklər Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) casusluq şəbəkəsinə xidmət edirmiş.

İttihama görə, həbs edilən əsgərlər pul müqabilində Ukraynaya qarşı fəaliyyətində FSB-yə yardım edirdilər.



Әlaqәli Xәbәrlәr