Vladimir Putin və Nikol Paşinyan təhlükəsizlik məsələlərini müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

2137338

Kremlin yaydığı məlumata görə, Vladimir Putin və Nikol Paşinyan paytaxt Moskvada keçirilən Avrasiya İqtisadi Birliyinin (Aİİ) sammiti çərçivəsində görüşüblər.
Görüşün mətbuata açıq hissəsində çıxış edən Vladimir Putin iqtisadiyyat sahəsində əməkdaşlığa önəm verdiklərini bildirib və deyib:
"Ermənistanın Aİİ ölkələri ilə qarşılıqlı ticarət həcmi 14 dəfə artıb. İkitərəfli əlaqələr də kifayət qədər uğurla inkişaf edir. Qarşılıqlı ticarətin həcmi 7 milyard dolları ötüb. Ticarət və iqtisadi əlaqələrimizdə belə bir rəqəm indiyə qədər olmayıb. Təbii ki, bölgədə təhlükəsizliklə bağlı məsələlər də var". 
Ermənistanın baş naziri Nikol Paşinyan da öz növbəsində ikitərəfli münasibətlərin və regional məsələlərin vacibliyinə diqqət çəkib və deyib:
"Biz sonuncu dəfə ötən ilin dekabrında görüşmüşük. Təbii ki, müzakirə edilməli bir sıra məsələlər var''.

Әlaqәli Xәbәrlәr