Misirdə Qəzzada atəşkəslə bağlı aparılan danışıqlar bu gün yekunlaşacaq

Bu barədə Misirin "Əl-Qahirə əl-İxbariyyə" telekanalı yüksək səviyyəli məmura istinadən yaydığı məlumatda qeyd edib.

2136861
Misirdə Qəzzada atəşkəslə bağlı aparılan danışıqlar bu gün yekunlaşacaq

Misirin paytaxtı Qahirədə Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı nümayəndə heyətləri arasında aparılan danışıqların bu gün yekunlaşacağı bildirilib.
Bu barədə Misirin "Əl-Qahirə əl-İxbariyyə" telekanalı yüksək səviyyəli məmura istinadən yaydığı məlumatda qeyd edib.
Məlumata görə, adı açıqlanmayan rəsmi Qahirədə tərəflər arasında aparılan danışıqların bu gün yekunlaşacağını açıqlayıb.
Rəfahda gərginliyin səviyyəsini artırmağın təhlükəli olduğunu İsrailə çatdırdıqlarını bildirən mənbə Misirin istənilən ssenariyə hazır olduğunu bildirib.
“Əl-Qahirə əl-İxbariyyə” telekanalının dünən yaydığı məlumatda Qahirədəki danışıqlarda Həmas, Qətər və Amerika Birləşmiş Ştatlarından (ABŞ) nümayəndə heyətlərinin iştirak etdiyi qeyd olunub.
''Həmas'' hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ötən gün Qətər və Misirə atəşkəs razılaşması ilə bağlı təkliflərini təsdiqlədiklərini bildirmişdi.
''Həmas'' Qətər və Misirin irəli sürdüyü “atəşkəs təkliflərini” təsdiqlədiyini elan etdikdən sonra İsrailin Hərbi Nazirlər Kabineti Rəfahdakı hücumları davam etdirməyə qərar verib.
Dünən səhər saatlarında İsrail ordusu Rəfah bölgəsinə qurudan hücum edib.
İsrailin oktyabrın 7-dən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 14 944-ü uşaq, 9 849-u da qadın olmaqla 34 789 fələstinli həyatını itirib, 78 204-ü də yaralanıb.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi səbəbindən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr