İsrail əsgərləri 11 fələstinlini də saxlayıb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində 11 fələstinlini saxlayıb.

2136827
İsrail əsgərləri 11 fələstinlini də saxlayıb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində 11 fələstinlini saxlayıb.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail əsgərləri səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edib.
Məlumata görə, İsrail əsgərləri El Halıl şəhərində 7, Cenində 3, Ramallahda 1 fələstinlini saxlayıb.
Bildirilib ki, İsrail El Halil şəhərinin girişlərində, kənd və qəsəbələrində hərbi nəzarət məntəqələri yaradıb.
İsrail ordusunun hücuma başladığı 2023-cü il 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı zorakılıq aktlarında artım müşahidə olunub.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə oktyabrın 7-dən bu yana İsrail əsgərləri və qeyri-qanuni yəhudilərin hücumları nəticəsində 497 fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr