Vladimir Putin and içərək vəzifəsinin icrasına başlayıb

Rusiya prezidenti  Vladimir Putin and içərək beşinci dəfə vəzifəsinin icrasına başlayıb.

2136585
Vladimir Putin and içərək vəzifəsinin icrasına başlayıb

Rusiya prezidenti  Vladimir Putin and içərək beşinci dəfə vəzifəsinin icrasına başlayıb.
Kremldə keçirilən andiçmə mərasiminə Federasiya Məclisi və Konstitusiya Məhkəməsinin üzvləri ilə mətbuat nümayəndələri də daxil olmaqla təxminən 2600 adam iştirak edib.
Rusiya telekanallarında canlı yayımlanan mərasimdə Vladimir Putin əlini Konstitusiya kitabçasının üzərinə qoyaraq and içib.
Mərasimdə çıxış edən Vladimir Putin onu yenidən bu vəzifəyə seçən vətəndaşlarına təşəkkür edib və Rusiya xalqının maraqlarının və təhlükəsizliyinin hər şeydən önəmli olduğunu vurğulayıb.
“Biz Rusiyanı etibarlı tərəfdaş kimi görən bütün ölkələrlə münasibətləri möhkəmləndirmək istəyirik'',-deyə Vladimir Putin vurğulayıb.
Andiçmə mərasimində Türkiyəni səfir Tanju Bilgiç təmsil edib.
Rusiyada mart ayında keçirilən prezident seçkilərində seçicilərin 77,49 faizi iştirak edib.
Qeyd edək ki, Valadimir Putin seçicilərin 87,28 faizinin səsini toplayıb.



Әlaqәli Xәbәrlәr