Ərəb Liqası İsrailə reaksiya verdi

Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt İsrailin Qəzza zolağına  təşkil etdiyi hücumların təhlükəli regional nəticələr doğurduğunu bildirib.

2136549
Ərəb Liqası İsrailə reaksiya verdi

Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt İsrailin Qəzza zolağına  təşkil etdiyi hücumların təhlükəli regional nəticələr doğurduğunu bildirib.

Əhməd Əbu Qayt Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən AIM İnvestisiya Sammitinin 13-cü sessiyasının açılışında çıxış edib.

İsrailin Qəzza zolağına  təşkil etdiyi hücumların təhlükəli regional nəticələr doğurduğunu deyən Əhməd Əbu Qayt  bu hücumlar səbəbindən qonşu ölkələrdəki turizm sektorunun mənfi təsirləndiyini və qlobal tədarük zəncirlərinin hədəf alındığını bildirib.

Əbu Qayt ərzaq və əsas malların qiymətlərində artıma səbəb olan hücumlardan dəniz gəlirləri və enerji qiymətlərinin də mənfi təsirləndiyinə diqqət çəkib.

İsrailin Qəzzada davam edən hücumlarının regional sabitliyə və sərmayələrə zərər verdiyini vurğulayan Əbu Qayt İsrailin şüurlu şəkildə bütün sərmayələri, infrastrukturu və qazancları hədəf aldığını qeyd edib.

Ərəb Liqasının baş katibi Əbu Qayt gündən-günə pisləşən faciəvi humanitar vəziyyəti yüngülləşdirmək üçün Qəzza zolağına göndərilən yardımın həcmini təcili artırmağa çağırıb.



Әlaqәli Xәbәrlәr