Belçika və Fələstin şəhərləri arasında əməkdaşlıq sazişi imzalandı

Qeyd edək ki, 2022-ci ilin dekabrında Brüssel Paytaxt Bölgəsi işğal olunmuş Fələstin ərazisini “İnkişaf sahəsində əməkdaşlıq üçün prioritet region” olaraq seçib

2133863
Belçika və Fələstin şəhərləri arasında əməkdaşlıq sazişi imzalandı

 

  Belçikanın Brüssel Paytaxt Bölgəsi ilə Fələstinin Ramallah və Bireh şəhərləri arasında inkişaf sahəsində əməkdaşlıq sazişi imzalandı. Sazişə Brüssel Paytaxt Bölgəsinin baş naziri Rudi Vervoort və Ramallahla Birehin valisi Laila Qannam imza atıblar.

  İsrailin Qəzza zolağında davam edən hücumları səbəbindən Brüsselə gedə bilməyən Qannam videokonfrans vasitəsilə imzalanma mərasiminə qatılıb.

  Brüsselin Paytaxt Regionu ilə Ramallah və Bireh şəhərləri arasında əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyan sazişin əsas diqqət mərkəzində yerli inkişaf, sahibkarlıq, tarixi irsin qorunması, sosial hüquqlar və ayrı-seçkiliklə mübarizədir.

  Razılaşma çərçivəsində Ramallah və Birehdə yaşayan təxminən 400 min adamın faydalanması üçün iqtisadi, sosial, səhiyyə və elmi inkişaf sahələrində işlər aparılacaq.

  Qeyd edək ki, 2022-ci ilin dekabrında Brüssel Paytaxt Bölgəsi işğal olunmuş Fələstin ərazisini “İnkişaf sahəsində əməkdaşlıq üçün prioritet region” olaraq seçib.



Әlaqәli Xәbәrlәr