Metyu Miller Yaxın Şərqdəki vəziyyəti qiymətləndirib

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Metyu Miller Yaxın Şərqdəki vəziyyəti qiymətləndirib.

2126944
Metyu Miller Yaxın Şərqdəki vəziyyəti qiymətləndirib

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Metyu Miller Yaxın Şərqdəki vəziyyəti qiymətləndirib.
Metyu Miller keçirdiyi gündəlik mətbuat konfransında Yaxın Şərqdə gərginliyin artması riskindən narahat olduqlarını və İranın İsrailə qarşı təhdidlərinin xüsusilə narahatlıq doğurduğunu bildirib.
Metyu Miller ABŞ-ın bu təhdidlərə qarşı İsrailin yanında olduğunu qeyd edib.
Metyu Miller ABŞ dövlət katibi Entoni Blinkenin məsələ ilə bağlı danışıqlar apardığı və bu çərçivədə Türkiye xarici işlər naziri Hakan Fidan, eləcə də çinli və səudiyyəli həmkarları ilə görüşdüyünü bildirib.
Metyu Miller Entoni Blinkenin İrana açıq bir mesaj verilməsini istədiyini ifadə edərək deyib: "Gərginliyin artması nə İranın, nə bölgənin, nə də dünyanın xeyrinə deyil".
Xatırladaq ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyindəki konsulluq binasına hava hücumu təşkil edib.
Hücum nəticəsində  İran İnqilab Keşikçiləri Korpusunun 7 üzvü və  6 Suriya vətəndaşı həyatını itirib.



Әlaqәli Xәbәrlәr