Sergey Lavrov Çinə rəsmi səfər edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov səfər çərçivəsində ilk olaraq Pekində çinli həmkarı Vanq Yi ilə görüşüb.

2126110
Sergey Lavrov Çinə rəsmi səfər edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfər edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov səfər çərçivəsində ilk olaraq Pekində çinli həmkarı Vanq Yi ilə görüşüb. 
Tərəflər görüşlə bağlı açıqlama verməsələr də, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nazirlərin Ukraynadakı vəziyyəti, Asiya-Sakit okean regionundakı prosesləri, ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklərini bildirib.
Səfərin Rusiya prezidenti Vladimir Putinin bu ay Çinə gözlənilən səfərinə hazırlıq olduğu təxmin edilir.
ABŞ-la geosiyasi rəqabətin və Hind-Sakit okean regionunda gərginliyin artdığı bir dövrdə Çinin Ukrayna müharibəsi səbəbindən oxşar problemlərlə üzləşən Rusiya ilə yaxınlaşması və beynəlxalq mövzularda koordinasiyasını artırması diqqət çəkib.


Etiketlәr: #Çin , #Rusiya , #Sergey Lavrov

Әlaqәli Xәbәrlәr