İsrailin Qəzzaya hücumlarının 170-ci günündə fələstinli ölü və yaralı sayı

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilir ...

2119455
İsrailin Qəzzaya hücumlarının 170-ci günündə fələstinli ölü və yaralı sayı

 

  İsrailin 2023-cü ilin 7 oktyabrından bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında ölənlərin sayı 32.226, yaralılar isə 74.518-ə yüksəlib.

  İsrail qüvvələrinin Qəzza zolağına hücumları 170-ci gündür ki, davam edir.

  Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin son 24 saat ərzində 8 hücum törətdiyi, 84 fələstinlinin həyatını itirdiyi, 106 nəfərinsə yaralandığı bildirilib.

  İsrail qüvvələri bütün gecə Deyr əl-Bələhə hücum edib. Ələttar ailəsinə məxsus evə hücum nəticəsində 11 fələstinli ölüb, çox sayda mülki vətəndaş yaralanıb. Yaralılar Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.

  Fələstin rəsmiləri dağıntılar altında yenə mülki şəxslərin qaldığını bildirib.

 



Әlaqәli Xәbәrlәr