Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya verilməsi barədə razılıq əldə olunub

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen üzv ölkələrin liderlərinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynaya verilməsi ilə bağlı razılığa gəldiklərini bildirib.

2118733

Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ sammitinin ilk gün sessiyaları başa çatıb.

Aİ Komissiyasının sədri fon der Leyen sessiyaların sonunda keçirilən mətbuat konfransında Ukrayna ilə bağlı hissənin nəticələri barədə məlumat verib.

Liderlərin Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Rusiyanın Aİ-dəki dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya transferi ilə bağlı təklifini məqsədəuyğun hesab etdiklərini bildirən fon der Leyen deyib:

"Bu, Ukraynaya hərbi texnikanın maliyyələşdirilməsini təmin edəcək. 2024-cü il üçün 3 milyar avroya yaxın və yaxın illərdə də analoji məbləğlərin toplanacağını gözləyə bilərik". 

Von der Leyen təklifin nə vaxt həyata keçirilə biləcəyi ilə bağlı suala isə belə cavab verib: "Liderlərə dedim ki, təklifi dərhal yekunlaşdırsaq, ilk 1 milyard avronu iyulun 1-də köçürə bilərik. Deməli, bu, özümüzdən asılıdır. Yay aylarında konkret fəaliyyət olacaq”.

Әlaqәli Xәbәrlәr