Kiryakos Mitsotakis Odessaya səfər edib

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Ukraynanın Odessa şəhərinin yenidən qurulmasında iştirak etmək istədiklərini bildirib.

2112323
Kiryakos Mitsotakis Odessaya səfər edib

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Ukraynanın Odessa şəhərinin yenidən qurulmasında iştirak etmək istədiklərini bildirib.

Kiriakos Mitsotakis Ukraynanın Odessa şəhərinə səfər edib.

Yunanıstanın baş nazirini Odessa limanında qarşılayan Ukrayna prezidenti Volodimir Zelenski ona Qara dəniz və Dunay vasitəsilə taxıl ixracı barədə məlumat verib.

Limanın inzibati binasında təkbətək görüş keçirən Zelenski ilə Mitsotakis daha sonra nümayəndə heyətləri arasında baş tutan görüşlərə sədrlik ediblər.

Görüşlər zamanı Mitsotakis Ukraynanın yenidən qurulmasında rol oynamaq istədiyini vurğulayıb və Yunanıstanın dəstəyini bir daha təkrarlayıb.

Məlumata görə, görüşdə müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Görüşdən sonra iki lider birgə mətbuat konfransında çıxış ediblər.

Ukraynanın paytaxtı Kiyev yerinə Odessaya getməyin vacib səbəblərindən birinin limanın Ukrayna iqtisadiyyatı üçün əhəmiyyəti olduğunu bildirən Mitsotakis Odessanın Ukraynanın Avropaya ixracatında əsas liman şəhəri olduğunu vurğulayıb.

Bu dəniz yolunun Ukraynanın öz məhsullarını ixrac etməsi üçün açıq olmasının əhəmiyyətinə diqqət çəkən Mitsotakis Ukraynanın iki ildir müharibədən zərər görən iqtisadiyyatını bu yolla əldə edəcəyi gəlirlə gücləndirə  biləcəyini ifadə etdi.



Әlaqәli Xәbәrlәr