Husilər Ədən körfəzində ABŞ-a məxsus gəmini hədəfə alıb

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində çoxlu raketlərlə hədəf aldıqları ABŞ-a məxsus gəmidə yanğın baş verdiyini açıqlayıb.

2112163
Husilər Ədən körfəzində ABŞ-a məxsus gəmini hədəfə alıb

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində çoxlu raketlərlə hədəf aldıqları ABŞ-a məxsus gəmidə yanğın baş verdiyini açıqlayıb.
Böyük Britaniyanın Sənadakı səfirliyi ilkin məlumatlara görə, hücum nəticəsində iki dənizçinin həlak olduğunu bildirib.

Husilərin hərbi sözçüsü Yəhya Seri X" sosial platformasında hücumla bağlı paylaşım edib.

Sözçü Y.Seri Ədən körfəzində Amerikanın TRUE CONFIDENCE gəmisinə çoxlu sayda "müvafiq dəniz raketləri" ilə hücum etdiklərini və hücumda vurulan gəmidə yanğının baş verdiyini bildirib.

Seri hücumun gəmi heyətinin "xəbərdarlıq mesajlarını rədd etməsindən" sonra edildiyini irəli sürüb.

Husi qüvvələrinin “məzlum Fələstin xalqını dəstəkləmək və onlara kömək etmək mövzusunda dini, mənəvi və humanitar vəzifələrini yerinə yetirməyə davam etdiyini” ifadə edən Yəhya Seri İsrailin Qəzza zolağına hücumları dayanana və  Fələstin xalqına qarşı tətbiq edilən blokada aradan qaldırılana qədər Qırmızı dəniz və Oman dənizindəki hücumların davam edəcəyini bildirib.

İngiltərənin Sənadakı səfirliyinin "X" platformasından verdiyi yazılı açıqlamada da ilkin təsbitlərə görə husilərin həyata keçirdiyi hücumda iki dənizçinin öldüyü bildirilib. Dənizçilərin harada hədəf alındığı, onların milliyyəti və gəmininhansı ölkəyə aid olduğu ilə bağlı təfərrüatlar yer almayıb.

Rəsmi Vaşinton hələlik məsələ ilə bağlı açıqlama verməyib.



Әlaqәli Xәbәrlәr