ECOWAS Nigerə qarşı bütün sanksiyaları ləğv etdi

Xatırladaq ki, siyasi, iqtisadi və ticarət sanksiyaları 2023-cü ilin iyul ayının sonunda Nigerdə Prezident Qvardiyasından bir qrup hərbçinin hakimiyyətə gəlməsi ilə əlaqədar ECOWAS tərəfindən tətbiq olunmuşdu

2107043
ECOWAS Nigerə qarşı bütün sanksiyaları ləğv etdi

 

  Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECOWAS) Nigerə qarşı tətbiq olunan bütün sanksiyaların ləğvi barədə qərar qəbul edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

  Qərar ECOWAS-ın Nigeriyanın paytaxtı Abuca şəhərində keçirilən fövqəladə sammitində təsdiqlənib.

  Xatırladaq ki, siyasi, iqtisadi və ticarət sanksiyaları 2023-cü ilin iyul ayının sonunda Nigerdə Prezident Qvardiyasından bir qrup hərbçinin hakimiyyətə gəlməsi ilə əlaqədar ECOWAS tərəfindən tətbiq olunmuşdu. Onlar prezident Məhəmməd Bazumu hakimiyyətdən uzaqlaşdırmışdılar. Ölkənin idarə edilməsi üçün qvardiya komandiri Əbdürəhman Tçianinin rəhbərlik etdiyi Milli Vətən Qurtuluş Şurası yaradılmışdı.

  ECOWAS Bazumun prezident postuna bərpa olunmasına nail olmaq üçün sanksiyaları sərtləşdirmişdi. Bu sanksiyalara Nigerlə sərhədlərin bağlanması və aviasiya əlaqələrinə qadağa qoyulması da daxil idi. Respublika ilə bütün maliyyə əməliyyatları dayandırılmış, Nigerin ECOWAS ölkələrinin mərkəzi banklarında dövlət aktivləri dondurulmuşdu.

 



Әlaqәli Xәbәrlәr