Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərarını açıqladı
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün ayrılması təklifini qəbul edib.
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün ayrılması təklifini qəbul edib.
Bu barədə Aİ-nin dönəm sədri olan Belçikanın rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.
“Aİ ölkələrinin səfirləri Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün dondurulmuş aktivlər üzrə gözlənilməz gəlirdən istifadə təklifi ilə bağlı prinsipial razılığa gəliblər”,-deyə paylaşımda qeyd olunub.
Bu mərhələdən sonra hazırlanacaq sənəd rəsmi olaraq təsdiqlənəcək və hüquqi nəzarətdən keçdikdən sonra qüvvəyə minəcək.
Aİ ölkələri Rusiya-Ukrayna müharibəsinə görə Rusiya Mərkəzi Bankının təxminən 200 milyard avro vəsaitini dondurub.
Әlaqәli Xәbәrlәr
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 İyun dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir