ABŞ və İngiltərə Yəmənin 5 şəhərinə hava zərbələri endirib

ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri Səda, Zimmar, Hudeyda, Taiz və Beyda şəhərlərini hədəfə alıb.

2090090
ABŞ və İngiltərə Yəmənin 5 şəhərinə hava zərbələri endirib

ABŞ və İngiltərə hərbi hava qüvvələri Yəmənin 5 şəhərinə hava zərbələri endirib.
ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri Səda, Zimmar, Hudeyda, Taiz və Beyda şəhərlərini hədəfə alıb.

Hücumlarla bağlı ətraflı məlumat paylaşılmayıb.

Qeyd edək ki, Yəməndəki husilər Ədən körfəzindəki ABŞ-a məxsus gəmi "Ginco Picardie"ni "bir sıra uyğun dəniz raketləri ilə birbaşa vuraraq" hədəf aldıqlarını açıqlayıblar.

Husilərə bağlı Yəmən Silahlı Qüvvələrinin məsələ ilə bağlı açıqlamasında “Yəmənin qanuni müdafiə hüququ çərçivəsində Ərəb  və Qırmızı dənizdəki bütün təhdid mənbələrini hədəfə almaqdan çəkinməyəcəyik və məzlum Fələstin xalqını dəstəkləməyə davam edəcəyik”, - deyə bildirilib.

Xatırladaq ki, ABŞ rəhbərliyi Yəməndə husilər kimi tanınan Ənsarullah Hərəkatını Qırmızı dənizdəki hücumlarına görə yenidən “xarici terror təşkilatı” siyahısına salıb.

İranın dəstəklədiyi Yəməndəki husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq oktyabrın 31-də İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirməyə və bəzilərinə pilotsuz təyyarələr və raketlərlə hücum etməyə başlayıblar.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduğunu açıqlayıb.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrut olan Süveyş kanalı vasitəsilə həyata keçirilir.



Әlaqәli Xәbәrlәr