Volodimir Zelenski: "Döyüş meydanında heç bir pauza olmayacaq''

Ukrayna prezidenti Volodimir Zelenski münaqişələrin dayandırılmasının Rusiyanın xeyrinə olacağını bildirib və deyib: “Döyüş meydanında heç bir fasilə olmayacaq”.

2087561
Volodimir Zelenski: "Döyüş meydanında heç bir pauza olmayacaq''

Ukrayna prezidenti Volodimir Zelenski münaqişələrin dayandırılmasının Rusiyanın xeyrinə olacağını bildirib və deyib: “Döyüş meydanında heç bir fasilə olmayacaq”. 
Volodimir Zelenski Estoniyaya səfəri çərçivəsində prezident Alar Karis ilə görüşüb.
Paytaxt Tallinndə baş tutan görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Volodimir Zelenski Rusiya ilə müharibə və NATO ilə əməkdaşlıq məsələlərinə toxunub.
V.Zelenski deyib ki, hərbi əməliyyatların dayandırılması ssenarisi Rusiyanın xeyrinə olacaq.
"Döyüş meydanında heç bir pauza olmayacaq, çünki belə bir qərar Rusiya Federasiyasının xeyrinə olacaq və gələcəkdə Ukraynaya qarşı müharibənin davam etdirilməsinə gətirib çıxaracaq. Bu addım nə müharibəyə son qoyacaq, nə də Rusiya ilə siyasi dialoqa gətirib çıxaracaq",-deyə Ukrayna lideri vurğulayıb.
Volodimir Zelenski NATO ilə münasibətlərə də toxunaraq deyib:
"Biz Vaşinqtonda keçiriləcək sammitdə NATO-ya dəvət almağa layiqik. Kiyev bu addıma hazırdır. Bu, Rusiya təhlükəsinin qarşısını alacaq ən yaxşı təhlükəsizlik zəmanəti olardı". 
Estoniya prezidenti Alar Karis  isə öz növbəsində xatırladıb ki, NATO-ya üzvlük prosesi uzun çəkib.
Karis vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü sürətləndirilməlidir.
“Bütün demokratik ölkələrin özlərini müdafiə etməsinin yeganə yolu NATO-ya üzv olmaqdır”,-deyə Alar Karis qeyd edib.
Alar Karis bildirib ki, Estoniya 2027-ci ilə qədər Ukraynaya 1,2 milyard avro yardım edəcək.



Әlaqәli Xәbәrlәr