Volodimir Zelenski: “Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək''

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Ukraynaya yardımının davam etməsinin vacibliyini vurğulayaraq deyib: “Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək və razılaşdığımız hər şey tam şəkildə həyata keçiriləcək''.

2078573

Volodimir Zelenski paytaxt Kiyevdə keçirilən illik mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.
Volodimir Zelenski bəyan edib ki, Ukraynada davam edən müharibədə ordusunun cəbhədəki ehtiyaclarını ödəmək üçün beynəlxalq maliyyə yardımı və silah yardımının davam etdirilməsi vacibdir.
ABŞ-ın Ukraynaya yardımının davam etməsi lazım olduğunu bildirən Volodimir Zelenski deyib: "Mali yardımla bağlı çox çalışırıq. Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək və razılaşdığımız hər şeyi tam şəkildə həyata keçiriləcək''.
Rusiya ilə danışıqların mümkünlüyünə toxunan Volodimir Zelenski bildirib ki, Rusiya tərəfi buna hazır deyil. Volodimir Zelenski deyib: "Bu gün bu məsələ aktiv deyil. Mən Rusiyadan tələb görmürəm. Onların davranışlarında bunu görə bilmirəm''.

Bu il  cəbhədə baş verənləri qiymətləndirən Volodimir Zelenski Rusiya ordusunun Ukraynada heç bir nəticə əldə edə bilməyəcəyini bildirib. Volodimir Zelenski deyib: “Rusiya heç bir məqsədə nail ola bilmədi”. 
Ukrayna lideri Volodimir Zelenski Rusiyanın məqsədinin bütün Ukraynanı işğal etmək olduğunu və Rusiya tərəfinin buna nail ola bilməyəcəyini bildirib.

Әlaqәli Xәbәrlәr