“ABŞ-ın bir ildə istifadə etdiyi qədər bomba Qəzzaya 4 gündə atılıb”, J.Devers

Noyabrın 9-da İsrailin Qəzzaya hücumları və soyqırım cinayəti ilə bağlı yüzlərlə vəkilin İCC-yə etdiyi şikayətlərlə bağlı ölkənin paytaxtı Parisin ətrafı Stains şəhərində məlumatlandırma toplantısı keçirilib

2068905
“ABŞ-ın bir ildə istifadə etdiyi qədər bomba Qəzzaya 4 gündə atılıb”, J.Devers

 

  Fələstinliləri Beynəlxalq Cinayət Məhkəməsində (İCC) təmsil edən fransalı vəkil Jil Devers (Gilles Devers) Türkiyə mətbuatının çəkdiyi fotoşəkillərin İsrailin Qəzzada ağ fosfor bombalarından istifadə etdiyini sübut etməkdə böyük rol oynadığını bildirib.

  Noyabrın 9-da İsrailin Qəzzaya hücumları və soyqırım cinayəti ilə bağlı yüzlərlə vəkilin İCC-yə etdiyi şikayətlərlə bağlı ölkənin paytaxtı Parisin ətrafı Stains şəhərində məlumatlandırma toplantısı keçirilib.

  Yığıncaqda fələstinli qurbanları BCM-də təmsil edən və ərizələrini təqdim edən fransalı vəkil J.Devers, Stains bələdiyyəsinin sədri Azzedin Taibi, eləcə də bir çox vəkil iştirak edib.

  Jil Devers buradakı çıxışında Qəzzada baş verənlərə reaksiya vermək üçün yola düşdüklərini bildirərək deyib: “Türkiyə mətbuatının çəkdiyi fotoşəkillər İsrailin Qəzzada ağ fosfor bombalarından istifadə etdiyini sübut etməsində böyük rol oynadı. Belə ki, Türkiyə mətbuatı sayəsində əlimizdə ağ fosforun yersiz istifadəsinə dair aydın fotoşəkillərimiz var.

  Qəzzada qətliam törədilib. ABŞ ordusunun bir ildə Əfqanıstanda istifadə etdiyi qədər bomba bu bölgəyə 4 gündə atılıb”.

  Xatırladaq ki, İsrailin 7 oktyabrdan bu yana Qəzzaya etdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olan 15 minə yaxın fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr