Aİ-də sosial platformalarda nifrət dolu şərh paylaşan ölkə hansıdır?

"X" sosial şəbəkəsi məzmun moderasiyası ilə bağlı ilk şəffaflıq hesabatını dərc edib

2061114
Aİ-də sosial platformalarda nifrət dolu şərh paylaşan ölkə hansıdır?

 

  Fransa Avropa İttifaqı daxilində sosial platformalarda ən şiddətli və nifrət dolu şərh paylaşan ölkəyə çevrilib. İlon Maska məxsus “X” sosial media platformasının hesabatına görə, Fransa bu mövzuda 26 Aİ ölkəsini geridə qoyub.

  Sosial şəbəkə məzmun moderasiyası ilə bağlı ilk şəffaflıq hesabatını dərc edib. Hesabata görə, Fransa Avropa İttifaqının 27 üzvü arasında zorakılıq və nifrət dolu şərhlərlə bağlı ən çox “uyğunsuz məzmun”, “mesajın silinməsi və dayandırılması” kimi bildirişləri qeydə alınan ölkə olub.

  Avqustun 28-dən oktyabrın 20-dək olan müddətdə Fransada sosial şəbəkədəki məzmun moderasiyası 16.288 mesajın silinməsinə gətirib-çıxarıb. Bu rəqəm Almaniya (7160) və İspaniyadan (7743) iki dəfə çoxdur, baxmayaraq ki, İspaniya şəbəkədə istifadəçilərin sayına görə ən aktiv ölkədir.

  Fransada silinmiş məzmunlar arasında təqribən 4300 təhqir mesajı olub Almaniyada bu rəqəm 1000-dən, İspaniyada isə 1200-dən bir az çoxdur. Bundan başqa, Fransada silinmiş şərhlərin 6000-dən çoxu zorakılıqla əlaqəli olub ki, Almaniyada bu, 2000, Hollandiyada 1100 və İspaniyada 4100-dən az olaraq qeydə alınıb.



Әlaqәli Xәbәrlәr