Didərgin düşən fələstinlilərin sayı

Oktyabrın 7-dən bəri İsrailin işğalı altındakı Qəzza zolağına etdiyi hücumlar nəticəsində 1 milyon 600 mindən çox fələstinli didərgin düşüb.

2060897
Didərgin düşən fələstinlilərin sayı

Oktyabrın 7-dən bəri İsrailin işğalı altındakı Qəzza zolağına etdiyi hücumlar nəticəsində 1 milyon 600 mindən çox fələstinli didərgin düşüb.

Qəzza Daxili İşlər Nazirliyinin sözçüsü İyad əl-Bəzm keçirdiyi mətbuat konfransında bildirib ki, İsrail Qəzza şəhərinin sakinlərini köçürmək üçün yaşayış mərkəzləri və xəstəxanaları hədəf alıb.

Bəzm "İsrailin Qəzza zolağına hücumları nəticəsində 1 milyon 600 mindən çox fələstinli didərgin düşüb. İşğalçılar son iki gündə beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfor bombalarından istifadəni intensivləşdirib" deyib.
O, Qəzzada müharibəni dayandırmaq üçün "vicdanlı insanlara" İsrailə təzyiq göstərməyə çağırıb.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr