“İsrailin baş naziri Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmalıdır”, İ.Belarra

İspaniyanın Sosial Hüquqlar naziri İone Belarra Avropa İttifaqı (Aİ) ölkələrinə İsrailin ötən gecə Qəzzanın şimalı başda olmaqla bölgəyə hücumlarını gücləndirməsi ilə bağlı "hərəkətə keçin" çağırışı etdi

2057177
“İsrailin baş naziri Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmalıdır”, İ.Belarra

 

  İspaniyanın Sosial Hüquqlar naziri İone Belarra Avropa İttifaqı (Aİ) ölkələrinə İsrailin ötən gecə Qəzzanın şimalı başda olmaqla bölgəyə hücumlarını gücləndirməsi ilə bağlı "hərəkətə keçin" çağırışı etdi.

  “X” sosial media platformasında video-mesaj paylaşan Belarra sözügedən mövzu ilə bağlı deyib: "Qəzzada cəhənnəm gecələrindən sonra Avropa dövlətləri başçılarına çox sadə, lakin vacib mesajım var: bizi soyqırıma şərik etməyin, hərəkətə keçin.

  İsrail oktyabrın 27-si gecəsindən Qəzza zolağında bütün rabitə kanallarını da bağlayıb. Burada bir məqsəd var: İsrail öz cinayətlərini ört-basdır etməyə çalışır.

  Avropada Qəzza üçün kimsə heç nə etməyəcəkmi? Baş nazirlər, dövlət başçıları, o cümlədən İspaniyanın hazırkı baş naziri Pedro Sançes fəaliyyətsiz qalmaqla bizi proqramlaşdırılmış soyqırımın iştirakçısına çevirir. İsrail istədiyini edir, çünki beynəlxalq müttəfiqləri onun toxunulmazlığına zəmanət verir. Artıq biz hərəkətə keçməliyik. Sabah gec olacaq. İsraillə diplomatik əlaqələri kəsməliyik. Mütləq. Bu soyqırıma görə məsuliyyət daşıyanlara qarşı da iqtisadi sanksiyalar tətbiq edilməlidir. Və heç şübhəsiz, İsrailin baş naziri Benyamin Netanyahunu Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmalı və bəşəriyyətə qarşı müharibə cinayətlərinə görə mühakimə olunmalıdır.

  İsrailin Qəzzaya hücumlarından həm çox üzülür, həm də qəzəblənirik.

  Avropa vətəndaşlarına üzümü tuturam: evlərinizdən çıxın, səfərbər olun, hərəkətə keçin, hər aksiyada, nümayişdə iştirak edin. Bu soyqırımına son qoymaq üçün səsimizi ucaldaq".



Әlaqәli Xәbәrlәr