İsrailin Qəzzada mülki ərazilərdə istifadə etdiyi ağ fosfor sübut edildi

Təşkilatın Böhranlara Cavab Proqramı İsrail ordusunun Qəzzanın sıx məskunlaşdığı mülki ərazilərdə ağ fosforlu artilleriya mərmilərindən istifadə etməsini sənədləşdirən tutarlı sübutlar toplayıb

2050971
İsrailin Qəzzada mülki ərazilərdə istifadə etdiyi ağ fosfor sübut edildi

 

  Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty İnternational) İsrail ordusunun Qəzzada əhalinin sıx məskunlaşdığı mülki ərazilərdə istifadə etdiyi ağ fosforun sübutlarını dərc edib.

  Təşkilatın Böhranlara Cavab Proqramı İsrail ordusunun Qəzzanın sıx məskunlaşdığı mülki ərazilərdə ağ fosforlu artilleriya mərmilərindən istifadə etməsini sənədləşdirən tutarlı sübutlar toplayıb.

  Qurumun Böhran Dəlilləri Laboratoriyası tərəfindən təsdiqlənmiş video və fotoşəkillər İsrailin oktyabrın 7-dən bəri bombaladığı Qəzzada ağ fosfordan istifadə etdiyini göstərir.

  Son günlər sosial şəbəkələrdə Qəzzanın şimalının ağ fosforlu artilleriya mərmiləri ilə vurulduğunu əks etdirən videolar paylaşılıb.

  Qəzza limanı və yaxınlıqdakı otellərə edilən bu hücumların müxtəlif bucaqlarından çəkilmiş görüntülərini təsdiqləyən Böhran Dəlil Laboratoriyası hücum nöqtəsinin peyk görüntülərini də paylaşıb.

  Oktyabrın 11-də sosial mediada paylaşılan fosforun istifadəsini göstərən başqa bir videonun yerinin Fələstin Bank Qülləsinin yaxınlığında olduğu müəyyənləşib.

  Qeyd edək ki, Beynəlxalq Amnistiya Təşkilatı İsrailin şimalında və Livanda ağ fosforun mümkün istifadəsi ilə bağlı əlavə sübutları araşdırır.

  Birləşmiş Millətlər Təşkilatının (BMT) Adi Silahlar Konvensiyasına (CCW) əsasən, mülki ərazilərə havadan yandırıcı silahlarla hücumlar qadağandır.



Әlaqәli Xәbәrlәr