ABŞ-da Senatın Xarici Əlaqələr Komitəsinin yeni sədri Kardin oldu

ABŞ-da senator Bob Menendezin barəsindəki rüşvətxorluq ittihamı ilə ayrıldığı Senatın Xarici Əlaqələr Komitəsinin yeni sədri  demokrat senator Ben Kardin olub.

2043847
ABŞ-da Senatın Xarici Əlaqələr Komitəsinin yeni sədri Kardin oldu

Amerika Birləşmiş Ştatlarında (ABŞ) senator Bob Menendezin barəsindəki rüşvətxorluq ittihamı ilə ayrıldığı Senatın Xarici Əlaqələr Komitəsinin yeni sədri  demokrat senator Ben Kardin olub.

Əvvəllər Nümayəndələr Palatasının üzvü və 2007-ci ildən Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olan Merilend ştatından senator Kardin sədrlik vəzifəsini üzərinə götürməsi ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-ın xarici siyasətində "tək səsli" olduğu zaman daha güclü olacağı fikrini müdafiə edərək və bu çərçivədə Senatın Xarici Əlaqələr Komitəsinin “aktiv və ikitərəfli” işləməli olduğu mesajını verib.

Kardin deyib: "Mən insan haqları, korrupsiya ilə mübarizə və yaxşı idarəçiliyin ABŞ-ın xarici siyasətinə inteqrasiyasını təmin etmək üçün uzunmüddətli fəaliyyətimi davam etdirməyi planlaşdırıram. Qarşıda bizi çox iş gözləyir". 

Senator Kardin Senatın Xarici Əlaqələr Komitəsinə və ABŞ Helsinki Komissiyasına rəhbərlik etməklə yanaşı, 2015-ci ildən bəri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının antisemitizm, irqçilik və dözümsüzlük üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb. 

Kardin eyni zamanda ABŞ-ın Holokost Memorial Şurasının üzvüdür.



Әlaqәli Xәbәrlәr