Çili sahilində güclü zəlzələ olub

Səlahiyyətlilər zəlzələdə can və ya mal itkisinin olmadığını açıqlayıb.

2034032
Çili sahilində güclü zəlzələ olub

Çili sahilində 6,2 bal gücündə zəlzələ olub.

Bu barədə Çili Milli Seysmoloji Mərkəzi (CSN) məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri əhalisi 161 min nəfər olan Kokimbo şəhərindən 41 km aralıda yerləşib. Yerli vaxtla saat 20:48-də qeydə alınan təbiət hadisəsinin ocağı 41 km dərinlikdə olub.

Səlahiyyətlilər zəlzələdə can və ya mal itkisinin olmadığını açıqlayıb.

Dünyanın ən yüksək seysmik aktivliyə malik ölkələrindən biri olan Çili “Od halqası” kimi tanınan Sakit Okean Zəlzələ Qurşağında yerləşir.

2010-cu il fevralın 27-də ölkədə baş verən 8,8 bal gücündə zəlzələ və onu müşayiət edən sunami nəticəsində 500-dən çox insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr