“Aclıq təriqəti” qurbanlarının sayı 403 nəfər olub

Keniyada “aclıq təriqəti” istintaqı nəticəsində tapılan cəsədlərin sayı 403 oldu.

2012852
“Aclıq təriqəti” qurbanlarının sayı 403 nəfər olub

Keniyada “aclıq təriqəti” istintaqı nəticəsində tapılan cəsədlərin sayı 403 oldu.

Bölgə komissarı Rhoda Onyancha Kilifi Rayon Xəstəxanasında mətbuata verdiyi açıqlamada, dəfn axtarışları zamanı yeni cəsədlər tapdıqlarını söyləyib.

Onyança aşkarlanan cəsədlərin sayının 403-ə yüksəldiyi barədə məlumat paylaşıb.

Əməliyyatlarda təriqətin əlindən 95 nəfər xilas edilərkən, aralarında dini liderin həyat yoldaşı Coys Mvikamba da daxil olmaqla 37 nəfər kütləvi ölümlərlə bağlı həbs edilib.

Qeyd edək ki, "Good News İnternational" kilsəsi keşişi Paul Makenzie haqqında kilsəsindəki insanlara ac qalıb, Hz. İsaya qovuşmaları vədini verərək bir çox insanın ölümünə səbəb olması iddiası ilə istintaq başladılıb.

Təriqətin lideri Makkenzi istintaqın əvvəlində polisə 1000 nəfərin meyitinə çatacaqlarını bildirib.



Әlaqәli Xәbәrlәr