“Aclıq təriqəti” qurbanlarının sayı 200-ü keçdi

... Təriqətin yerləşdiyi Malindi şəhərində “itkin” adı ilə taleyi naməlum hələ 610 nəfər axtarılır

1986253
“Aclıq təriqəti” qurbanlarının sayı 200-ü keçdi

 

  Keniyada “aclıq təriqəti” istintaqı nəticəsində tapılan cəsədlərin sayı 201 oldu.

  Öz ardıcıllarını ölüm orucuna aparan “aclıq təriqəti”nə qarşı  araşdırmalarda kütləvi məzar axtarışları zamanı yeni cəsədlər üzə çıxıb.

  Sahil Dairəsinin komissarı Roda Onyança (Rhoda Onyancha) dini başçı Pol Makkenzinin (Paul Mackenzie) terrorda günahlandırıldığı istintaqda yeni cəsədlərin tapıldığını və meyitlərin sayının 201, təqsirli bilinərək saxlanılanların 26-ya çatdığını söyləyib.

  Adı çəkilən təriqətin yerləşdiyi Malindi şəhərində “itkin” adı ilə taleyi naməlum 610 nəfər axtarılır.

  Digər tərəfdən, Keniya mətbuatında bu mövzu ilə orqan ticarəti də əlaqələndirilir.

  Tibbi yarılmalarda (otopsiya) bəzi uşaqların boğularaq öldüyü müəyyən edilib.

  Makkenzi istintaqın əvvəlində polisə təxminən 1000 nəfərin meyitinin tapılacağını deyib.

  Qeyd edək ki, Beynəlxalq Xoş Xəbər Kilsəsinin pastoru Pol Makkenz Ntenqe kilsəsində adamlara İsa Məsihlə ac qalaraq görüşəcəklərini təlqin edib.

  Makkenzinin həbsindən sonra Yeni Həyat İbadət Mərkəzi və kilsə pastoru Ezekiel Odero da saxlanılıb.

  “Aclıq təriqəti” ilə bağlı istintaq komissiyasının işi davam edir.



Әlaqәli Xәbәrlәr