Blinken: "F-16 qırıcılarının Türkiyeyə satışı NATO üçün əhəmiyyətlidir"

Antoni Blinken F-16 qırıcılarının Türkiyeyə satışının NATO üçün əhəmiyyətli olduğunu bildirib.

1964318
Blinken: "F-16 qırıcılarının Türkiyeyə satışı NATO üçün əhəmiyyətlidir"

ABŞ dövlət katibi Antoni Blinken Türkiyenin NATO üçün vacib olan yeni F-16 döyüş təyyarələri və mövcud F-16 donanması üçün modernləşdirmə dəstləri almalı olduğunu bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxış edən Blinkenə F-16 təyyarələrinin Türkiyeyə satışı və Co Bayden rəhbərliyinin Türkiyənin F-16 qırıcılarının "ABŞ-ın müttəfiqləri və tərəfdaşlarına qarşı istifadə edilməməsindən əmin olmaq üçün atdığı addımlar" soruşulub.

Blinken bu suala "Biz inanırıq ki, Türkiye yenilənmiş F-16 qırıcıları və mövcud F-16-lar üçün modernləşdirmə paketini almalıdır. Bunun NATO üçün, alyans üçün vacib olduğunu düşünürük", cavabını verib.

Digər tərəfdən, NATO müttəfiqləri arasında gərginliyi azaltmaq, gərginliyə səbəb olacaq hərəkət və ya ritorikadan qaçmaq imtina edilməsinə cəhd etdiklərini ifadə edən Blinken deyib:

"Türkiye, Yunanıstan və ya hər hansı digər NATO müttəfiqi ilə səylərimizin əsas məqsədi onların bir-birinə tam uyğun olması üçün lazım olan avadanlıq və texnologiyaya malik olmasını təmin etməkdir. Eyni zamanda, təbii ki, əgər onlar arasında hər hansı münaqişə yaranarsa təmin etdiyimiz hər hansı avadanlıq və ya texnologiyanın həmin mübahisələrdə istifadə edilməməsi üçün zəmanət veririk".



Әlaqәli Xәbәrlәr