ABŞ-ın rəhbərliyindəki koalisiya qüvvələrinin bazasına hücum edilib, ölən və yaralananlar var

Amerika Birləşmiş Ştatları rəhbərliyindəki DEAŞ-la mübarizə aparan koalisiya qüvvələrinin Suriyanın Həsəkə vilayətindəki bazasına pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücumda 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

1964521

ABŞ Müdafiə Nazirliyindən verilən bəyanatda dünən yerli vaxtla saat 13:30 radələrində PUA-nın DEAŞ-la mübarizə aparan koalisiyaya aid texniki xidmət obyektini vurduğu bildirilib.

Bəyanatda hücum nəticəsində ABŞ ilə işləyən 1 müqaviləli hərbçinin həlak olduğu, 1-i müqaviləli olmaqla 6 ABŞ hərbçisinin  isə yaralandığı bildirilib.

ABŞ kəşfiyyatı sözügedən pilotsuz uçuş aparatının İrana aid olduğunu düşündüyü açıqlayıb. Bəyanatda ABŞ Müdafiə naziri Lloyd Ostinin mövzu ilə bağlı açıqlamasına da yer verilib.
Lloyd Ostin deyib: "Prezident Co Baydenin göstərişi ilə mən ABŞ Mərkəzi Komandanlıq qüvvələrinə İran İnqilabı Keşikçiləri Korpusu  (DMO) ilə əlaqəli qrupların istifadə etdiyi obyektlərə hava zərbələri endirməyə icazə verdim. Bu, bir sıra hücumlara cavab olaraq həyata keçirilib''.
Hücumun Amerika hərbçilərini qorumaq üçün həyata keçirildiyinə  diqqət çəkən Lloyd Austin hücumun gərginliyin artması riskini azaltmaq üçün mütənasib bir hücum olduğunu qeyd etdi.

Әlaqәli Xәbәrlәr