Avropa ölkələri Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün yardım edir

Avropa ölkələri Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün 520 milyon sterling (11,7 milyard TL) dəyərində hərbi məhsul yardımı edəcəklərini açıqlayıb.

1947017

İngiltərə, Hollandiya, Norveç, İsveç, Danimarka, Litva və İslandiya Ukraynanın vəziyyətini yaxşılaşdırmaq üçün ilk paketi 200 milyon sterling (4,5 milyard türk lirəsi) olmaqla 520 milyon sterling (11,7 milyard türk lirəsi) dəyərində hərbi məhsul yardımı edəcəklərini açıqlayıblar.

İngiltərə Müdafiə Nazirliyindən verilən açıqlamada, sözügedən ölkələrin Ukrayna Beynəlxalq Fondu (IFU) çərçivəsində 520 milyon funt sterlinqlik müdafiə yardımı verməyə qərar verdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, bu yardımın ilk paketinə müxtəlif artilleriya sursatları, dəniz kəşfiyyatı, müşahidə və kəşfiyyat məhsulları və Ukraynanın hazırda istifadə etdiyi tank hissələrinə dəstək daxildir.

Xatırladaq ki, Rusiya qoşunları keçən il fevralın 24-də Ukraynaya hücuma keçib.

Әlaqәli Xәbәrlәr