Rusiyanın "Sputnik" xəbər saytının işçisi həbs edilib

Latviya Rusiyanın "Sputnik" xəbər saytının Litva bölməsinin baş redaktoru Marat Kasemi həbs edib.

1928971
Rusiyanın "Sputnik" xəbər saytının işçisi həbs edilib

Jurnalist Murat Kasem Avropa İttifaqının sanksiyalarını pozmaqda və casusluqda ittiham olunur.

Məlumata görə məhkəmə Kasemin vəkili İmma Jansonenin müvəkkilinin girov müqabilində azadlığa buraxması tələbini qəbul etməyib.

Latviya vətəndaşı olan Kasem bir neçə ildir Rusiyanın paytaxtı Moskvada yaşayır və "Sputnik" Litvanın da üzv olduğu “Rossiya Seqodnya” media qrupunda işləyir.

Marat Kasem Milad bayramından əvvəl ailəvi səbəblərə görə Latviyaya qayıtmışdı.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kasemin həbsini Latviyanın ifadə azadlığına dair beynəlxalq öhdəliklərinin pozulması kimi qiymətləndirib.



Әlaqәli Xәbәrlәr