Rusiya vә BӘӘ Prezidentlәri arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefon əlaqəsi saxlayıb.

1915959
Rusiya vә BӘӘ Prezidentlәri arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefon əlaqəsi saxlayıb.

Bu barədə Rusiya Prezidenti Aparatının mətbuat xidməti məlumat yayıb.Məlumata əsasən, görüşdə gündəmdəki aktual məsələlər və neft bazarındakı proseslər müzakirə olunub.

Görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC neft hasil edən ölkələrdən ibarət OPEC+ qrupunun həyata keçirdiyi fəaliyyətlər müsbət qiymətləndirilib, OPEC+ fəaliyyətlərinin qlobal neft bazarındakı sabitliyi təmin etdiyi vurğulanıb.

Görüş zamanı həmçinin logistika və enerji sahələrində iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.



Әlaqәli Xәbәrlәr