"F-16" satışını məhdudlaşdıran maddələr müdafiə büdcəsindən çıxarılıb

ABŞ Türkiyeyə "F-16" satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsindən çıxarıb.

1915551
"F-16" satışını məhdudlaşdıran maddələr müdafiə büdcəsindən çıxarılıb

ABŞ Türkiyeyə "F-16" satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsindən çıxarıb.

ABŞ Konqresinin hər iki palatasının senatorları və nümayəndələrinin daxil olduğu konfrans komitəsi 858 milyard dollarlıq müdafiə büdcəsini də əhatə edən qanun layihəsini razılaşdırıb.

Buna görə, qanun layihəsinin son variantında rum lobbisinə yaxınlıqları ilə tanınan Nyu-Hempşir nümayəndəsi demokrat Kris Pappas, Florida ştatının respublikaçı nümayəndəsi Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu-Cersi nümayəndəsi demokrat Frent Pellone daxil olmaqla 18 nümayəndə tərəfindən təqdim edilən və qanun layihəsinin Nümayəndələr Palatasının versiyasına əlavə edilərək qəbul edilən Türkiyeyə “F-16” satışlarını məhdudlaşdıran heç bir bənd yer almayıb.

"F-16" qırıcılarının Türkiyeyə satışını şərtlərdən asılı tutan maddələri müdafiə büdcəsi qanun layihəsindən çıxarılıb.



Әlaqәli Xәbәrlәr