Görüşdə Ukraynanın müdafiə qabiliyyətinin inkişafı müzakirə edilib

Ukraynanın müdafiə naziri Oleksii Reznikov yeni zelandiyalı həmkarı Peeni Henare ilə Ukraynanın müdafiə qabiliyyətinin inkişafını müzakirə edib.

1908668
Görüşdə Ukraynanın müdafiə qabiliyyətinin inkişafı müzakirə edilib

Ukraynanın müdafiə naziri Oleksii Reznikov yeni zelandiyalı həmkarı Peeni Henare ilə Ukraynanın müdafiə qabiliyyətinin inkişafını müzakirə edib.

Paytaxt Kiyevdə Peeni Henareni qonaq edən nazir Reznikov tviter  hesabındakı paylaşımında "birgə layihələr, Ukraynanın müdafiəsini gücləndirmək yolları və müharibədən sonrakı Ukraynanın tikintisini" müzakirə etdiklərini bildirib.

Nazir Henare əvvəlcə polşalı həmkarı Mariuş Blaşçak ilə görüşüb.

Görüşlə bağlı Polşa Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada tərəflərin Ukraynaya göndəriləcək yardımlarla yanaşı regional təhlükəsizlik məsələlərini də müzakirə etdiyi qeyd edilib.

Tviter hesabında nazir Blaşçak ilə görüşməkdən xoşbəxt olduğunu ifadə edən Henare keçən həftə Polşa ilə Ukrayna sərhədindəki bir kəndə düşən raket nəticəsində həyatını itirənlərlə bağlı olaraq da başsağlığı verib.

Xatırladaq ki, Yeni Zelandiya noyabrın 8-də Ukraynaya hərbi və humanitar yardım göstərdiyini açıqlayıb.

Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Mahuta fevralın 24-də Ukraynaya müharibə elan edən Rusiyaya qarşı sanksiyalar çərçivəsində 14 nəfər və 7 təşkilatın daxil edilməsi ilə aprel ayından bəri sanksiyaya məruz qalan insan və təşkilatların sayının 1200-ü keçdiyini bildirib.



Әlaqәli Xәbәrlәr