Rusiya mühacirlərini qəbul edən və etməyən ölkələr bunu belə izah edirlər…

... Baltikyanı ölkələr isə Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlik qərarına görə ölkədən qaçanlara sığınacaq haqqının verilməyəcəyini açıqlayıb

1883857
Rusiya mühacirlərini qəbul edən və etməyən ölkələr bunu belə izah edirlər…

 

  Almaniyanın daxili işlər naziri Nensi Faezer (Nancy Faeser) bildirib ki, qismən səfərbərlik elan edilən Rusiyada hərbi xidmətə qoşulmaqdan imtina edənlər Almaniyadan sığınacaq üçün müraciət edə bilərlər.

  “Frankfurter Allgemeine Sonntagszeitung” media orqanına müsahibəsində N.Faezer bildirib: "Bir qayda olaraq ağır repressiya təhlükəsi altında olan fərari əsgərlər Almaniyada beynəlxalq müdafiədən istifadə edirlər. Kim Rusiya prezidenti Vladimir Putin rejiminə cəsarətlə qarşı çıxır və buna görə də özünü böyük təhlükəyə atırsa, siyasi təqiblərə əsaslanaraq Almaniyadan sığınacaq üçün müraciət edə bilər.

  Almaniya artıq aylardır təqib olunan və təhdid edilən Rusiya dissidentlərini qəbul edir”.

  Almaniyanın ədliyyə naziri Marko Buşman (Marco Buschmann) da “Putinə nifrət edən və liberal demokratiyanı sevən hər kəs Almaniyada bizə qoşula bilər” deyib.

  Baltikyanı ölkələr isə Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlik qərarına görə ölkədən qaçanlara sığınacaq haqqının verilməyəcəyini açıqlayıb.

  Latviyanın xarici işlər naziri Edqars Rinkeviç (Edgars Rinkevics) təhlükəsizlik baxımından Rusiya vətəndaşlarına viza verilməyəcəyini bildirərək deyib: “Putinin ölkəsini şantaj etməsinin qarşısını almaq və Ukraynanı dəstəkləməyə davam etmək üçün belə bir addım atırıq”.

  Litvanın müdafiə naziri Arvydas Anusauskas isə “Hərbi səfərbərlik  qərarı sığınacaq istəmək hüququ üçün kafi səbəb deyil. İnanclarına görə təqib edilənlərə siyasi sığınacaq verilir” deyib.

  Estoniyanın daxili işlər naziri Lauri Laanemets bunları söyləyib: “Rusiyanın Ukraynaya təcavüzü bütün rusların ortaq məsuliyyətidir. Rusları ölkəmizə qəbul etmək Avropa İttifaqı (Aİ) sanksiyalarını poza bilər”.



Әlaqәli Xәbәrlәr