Serbiya “Eurofighter Typhoon” almaq üçün danışıqlar aparır

Bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç deyib

1821111
Serbiya “Eurofighter Typhoon” almaq üçün danışıqlar aparır

 

  Serbiya Böyük Britaniyadan “Eurofighter Typhoon” tipli qırıcı təyyarələrin alınmasına dair danışıqlar aparır. Bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç deyib. O, Serbiyanın 2023-cü ilin əvvəlində Fransa istehsalı olan “Rafale” tipli döyüş təyyarələri alacağını da vurğulayıb.

  Qeyd edək ki, prezident Aleksandr Vuçiçin iştirakı ilə paytaxt Belqrad yaxınlığındakı Bataynitsa hərbi hava limanında Serbiya ordusunun Çindən aldığı hava hücumundan müdafiə sistemləri, həmçinin Rusiya və qərb ölkələrinin yeni silahları nümayiş etdirilib.

  Serbiya Çindən yeni alınan “HQ-22” hava hücumundan müdafiə sistemini istifadə edən ilk Avropa ölkəsidir.



Әlaqәli Xәbәrlәr